Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək.
Mynews.az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, bu dəfə Səudiyyə Ərəbistanına 60 nəfərlik qrup gedəcək: “Bəzi insanlar işlə əlaqədar vaxtları olmadığından Ümrə ziyarətini Novruz bayramı tətili günlərində həyata keçirirlər”.
H.Babayev bildirib ki, Ümrə ziyarətinə bu dəfə gedən qrupun 50 faizi 2230, 50 faizi isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.
QMİ rəsmisi Azərbaycandan bu mövsüm ümumillikdə 260 nəfərin Ümrə ziyarətinə getdiyini də vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub