Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-qanuni məşğulluğun aradan qaldırılması və ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması üzrə işləri davam etdirəcək.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği" mövzusunda keçirilən konfransda deyib.
Nazir qeyd edib ki, Azərbaycan ötən illər ərzində məşğullun təmin olunması və əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edib. Qısa müddət ərzində Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini azaltmağı və əməkhaqlarını artırmağı bacarıb:
"Son 15 il ərzində ölkə ÜDM-i 3,2 dəfə artıb. Minimal əməkhaqqı 5,2 dəfə, orta əməkhaqqı isə 6,6 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb. Bundan başqa, işsizliyin səviyyəsi 5 faizədək azalıb. Göstərilən dövrdə Azərbaycana 230 milyard dollardan çox investisiya yatırılıb, bunun da təqribən yarısı xarici sərmayələrin payına düşür".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub