Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılarla bağlı yeni məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib.
Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.
Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.
***
16:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənziində sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.
Bu barədə FHN-in saytı məlumat yayıb.
Nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək, sahilə gətirir.
Əlavə məlumat veriləcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub