Tanınmış futurist Maykl Makkvin yaxın 10 ildə həyatımızdan silinəcək 5 şeyin adını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Maykl Makkvin yaxın gələcəkdə "İtunes” proqramının silinəcəyini və "Apple” şirkətinin böyük vəsaitlərini "Apple Music”ə yatıraraq ona daha çox diqqət ayıracağını deyib.
Onun fikrincə, kredit kartları da tarixə qovuşacaq. Son illərdə texnologiyanın daha da inkişaf etdiyini deyən Maykl Makkvin üztanıma proqramlarının təkmilləşəcəyini və bu səbəbdən kredit kartlarına ehtiyac olmayacağını vurğulayıb.
Avtodayanacaqlara da ehtiyac qalmayacaq. Pilotsuz avtomobillərin sayının artması ilə avtodayanacaqların azalacağını proqnozlaşdıran Makkvin bildirib ki, qarşıdakı illərdə hər 10 nəfərdən 9-u belə avtomobillərə üstünlük verəcək. "Uber" kimi avtomobil xidmətlərindən daha çox istifadə ediləcək və nəticədə bu cür dayanacaqlara ehtiyac olmayacaq.
"Qaynar xətt” mərkəzləri və yanacaq doldurma məntəqələri də sıradan çıxacaq. Yanacaqdoldurma mərkəzlərinin sıradan çıxmasına səbəb isə elektriklə işləyən avtomobillərin sayının artması olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub