Sumqayıtda tanınmış müəllim dünyasını dəyişib.
Corat qəsəbəsində fəaliyyət göstərən 7 saylı tam orta məktəbin ingilis dili müəllimi, "Tərəqqi"medalı mükafatçısı, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi Sumqayıt şəhər şöbəsi sədr müavini Xanım Əliyeva vəfat edib. Səhər saat 6 radələrində dünyasını dəyişən X.Əliyeva 1955-ci ildə Corat qəsəbəsində anadan olub. 17 yaşından musiqi müəllimliyi ilə fəaliyyətə başlayan pedaqoq universiteti bitirdikdən sonra ingilis dili müəllimi kimi çalışıb. Uzun müddət təhsil sahəsində fəaliyyət göstərən X.Əliyeva bir sıra araşdırmaların və "Corat: Tarixin izləri” adlı kitabın müəllifidir.
Qeyd edək ki, Xanım Əliyeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.
xeberle.com


1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub