Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.
IV ixtisas qrupu üzrə yalnız bir nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb. Həmin şəxs Fiziki, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyevadır.
Vunderkind öz təəssüratlarını Oxu.Az-la bölüşüb:
“Mən Əliyeva Rəna Məmmədağa qızı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunuyam. Universitetə də “Hədəf kursları”nın iştirakı ilə hazırlaşmışam.
İmtahana girməmişdən öncə özümə inamım var idi və inanırdım ki, 700 bal yığacam. Sınaq imtahanlarında da hər zaman yüksək nəticələr göstərirdim. Bu baxımdan, özümə güvənirdim. Amma imtahan nəticələri açıqlananda gözlərimə inana bilmədim.
700 bal yığdığımı biləndə çox qəribə hisslər keçirdim. Respublikada IV qrup üzrə ancaq mənim maksimum bal yığmağım özümə inandırıcı gəlmirdi.
Bu uğuru qazanmağımda müəllimlərimin əziyyəti əvəzedilməzdir”.
R.Əliyeva bildirib ki, 700 bal yığmaq üçün gününü ancaq kitablara həsr etməyib:
“Bu uğuru əldə etmək üçün o qədər də əziyyət çəkməmişəm. Deyirlər ki, maksimum bal yığanlar bütün günü kitab oxuyur. Bunlar boş söhbətdir. Gün ərzində yeddi saat kitab oxumaq mənə bəs edirdi”.
Abituriyent bölüşdüyü təəssüratında ixtisas seçiminin Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi üzrə fakültəsinin olacağını qeyd edib:
“Həkim olmaq istəyirəm. Həkim olub ilk olaraq ölkədəki səhiyyə sisteminə düzəliş etmək istəyirəm. Amma təhsilimi Almaniyada davam etdirəcəyəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub