Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315mm-lik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 23 may 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz” İB-dən AZXEBER.COM-a verilən məlumata görə, görülən işlərin Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də, 7 və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
"Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub