Nəsimi rayonunda banklardan birinin filialının giriş qapısını sındıraraq oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən tutulub.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan “Kapital Bank”ın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
İdarənin əməkdaşları hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.
Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyənləşib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkarlanaraq, maddi sübut kimi götürülüb.
Qeyd edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub