Bakının Babək prospektində yerləşən "Azərsutikinti Xəstəxana"sından yayılan görüntülər mübahisə doğurdu.
Faktor.az xəbər verir ki, sosial şəbəkədə yayılan fotolarda xəstəxananın acınacaqlı durumu göz önünə sərilib. Səhiyyənin bu dərəcədə inkişiaf etdiyi, tibbi texnologiyaların ölkəmizdə də irəli getdiyi bir zamanda bu vəziyyətdə olan xəstəxanaların passient qəbul etməsi nə dərəcədə doğrudur?

Baxımsızlıqdan bütünlüklə yararsız hala düşmüş xəstəxananın sonuncu dəfə nə zaman təmir olunduğu və yeni avadanlıqlarla təchiz edildiyi bəlli deyil. Bu cür xəstəxanaların fəaliyyəti istər çalışan həkimlər üçün, istərsə də orada müalicə alan xəstələr üçün təhlükəlidir.
Onu da qeyd edək ki, Elman Mirzəyevin baş həkimi olduğu tibb müəssisəsi ölkənin ən bərbad səhiyyə ocaqlarından olduğu iddiası ilə mətbuatda zaman-zaman yazılar dərc olunub.
Yayılan fotolarla bağlı xəstəxana ilə əlaqə yaratmağa çalışsaq da mümkün olmadı.
Xatırladaq ki, xəstəxananın baş həkimi Elman Mirzəyev ötən günlərə dünyasını dəyişən məşhur genekoloq Səbinə Mirzəyevanın atasıdır.




1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub