"Əvvəllər Azərbaycanda 5 uşaqlı ailələr var idisə, indi çoxuşaqlı ailələrdə 3 uşaq olur. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa ensək, düzgün olar".
Mynews.az modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur.
H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl 1 ay vaxt verilir: "Həmin 1 ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq".
Komitə sədri əlavə edib ki, Azərbaycanda 620 min əlil var. Onun 200 min nəfərdən çoxu uşaqlıqdan əlildir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub