Son dövrlərdə müşahidə edirik ki, Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir.
Mynews.az xəbər verir ki, bunu report-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, son vaxtlarda Azərbaycanda qadınlar çox inkişaf edib: "Qadınlarımız cəmiyyətdə özlərinə məxsus yer tutmağa çalışırlar. Hətta çox zaman görürük ki, ailədə qadınlar kişilərdən daha çox irəli gedir. Bu zaman isə bəzi ailələrdə münaqişələr müşahidə olunur. Belə hallarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, psixoloqlar ailələrə yardım edir, məsləhətlər verirlər. Kiçik problemə görə adam öz ailəsini dağıtmaz. Bir az diqqətli olmaq, uşaqların maraqlarını güdmək lazımdır. Nümunəvi ailələrdən ibrət götürüb inkişaf etmək lazımdır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub