Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Birlik nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk görüşü baş tutub.
Mynews.az xəbər verir ki, ASA-dan FED.az-a verilən məlumata görə, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin digər əməkdaşları, həmçinin, Birliyə 2018-ci ildən etibarən üzv olan "Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlı, "Avand” Sığorta Brokerinin rəhbəri Orxan Həsənov, "AS Prof” Sığorta Agentliyi MMC-nin rəhbəri Cahid Qurbanov, "Efendi Legal and İP Consultancy” MMC-nin rəhbəri Elmar Hacıyev və baş mühasibi iştirak edib.
İclası açıq elan edən Mustafa Abbasbəyli sığorta vasitəçilərinin Birliyə üzvlüyünün yenilik olduğunu bildirdi və 2018-ci ildə beş sığorta vasitəçisinin Birliyə üzv olduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha iki vasitəçinin Birliyə üzv olmasının gözlənildiyini vurğulayıb.
Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin Birliyə üzv kimi qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. Mustafa Abbasbəyli Vasitəçilər komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib.
Görüşün yekununda Vasitəçilər komitəsinin sədrinin "Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” Baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə Birliyin Müşahidə Şurasına təqdimat verilməsi qərara alındı.
Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının 07.05.2018-ci il tarixli görüşündə Birlik nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınıb.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub