“BakuBus”a məxsus avtobusların bir neçəsində kondisioner işləmir.
Problemlə bağlı Metbuat.az-a göndərilən videoda fakt təsdiqini tapıb. Belə ki, 6 nömrəli avtobusda gedən sərnişinlərdən biri kondisionerin yandırılmasını tələb edib, lakin sürücü onun işləmədiyini deyib. Sərnişin dərhal “qaynar xətt”ə zəng edərək, operatora avtobusla bağlı şikayət edib.
Sərnişinlər arasında yaşanan xoşagəlməz hadisə ilə bağlı məsələni araşdırdıq. Problemlə bağlı “BakuBus” MMC-dən Metbuat.az-a bildirilib ki, mayın 21-dən “BakuBus” MMC-yə məxsus avtobuslarda kondisionerlər işə salınıb:
“Hazırda hər hansı bir avtobusun kondisionerində nasazlıq aşkarlanırsa, dərhal bu halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Qeyd edək ki, 1, 2, 3, 5, 6, 8, 13, 14, 17, 21, 125, 175 nömrəli və Hava Limanı Ekspress marşrut xəttləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslarda kondisionerlər payızda hava şəraiti sərinləşənədək işləyəcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub