Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb.
II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir.
III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı bir qədər yüksək- 5 abituriyentdir.
Maraqlısı budur ki, II qrup birincilərindən fərqli olaraq bu dəfə tam bal toplayanların hamısı Bakı şəhərində təhsil alır.
Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir.
Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub.

Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli isə Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.
.jpg)
Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova da tam nəticə göstərənlər siyahısındadır.

Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub