Astarada yol polisi bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində sürücülərə qarşı reyd keçirib.
Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı 50 sürücü saxlanılıb. Yoxlamalarda içkili və sərnişindaşıma qaydalarını pozan sürücülərə rast gəlinib.
Reydin keçirilməsində əsas məqsəd sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücüləri aşkarlamaq və bununla baş verə biləcək yo l- nəqliyyat hadisələrinin qarşısını almaq olub.
Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin “saxla” əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.
Sükan arxasında oturanların bəziləri isə sənədlərinin olmamasını etiraf edib. Saxlanılanlardan birinin 10 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üzə çıxıb.
Reyd zamanı saxlanılan 50 sürücünün 20-si barəsində inzibati protokol tərtib olunub. Bəzi avtomobillər dayanacağa aparılıb. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub