Xırdalandan Bakıya və əks istiqamətdə hərəkətdə olan marşrut avtobusu kart sisteminə keçsə də, yolboyu balans yükləmə aparatlarının olmaması sakinlərin narahatlıgına səbəb olub.
Mynews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, söhbət Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya və ya əks istiqamətdə hərəkətdə olan 135 saylı marşrutdan gedir.
Marşrutun əsas xətti Xırdalan şəhərindən, Bakı Mühəndislik Universitetinin qarşısından başlayır. Yol boyu karta balans yükləmə aparatlarının olmaması sərnişinlərdə narahatlıq yaradır. Sakinlər deyir ki, şəhərin bəzi ərazilərində aparatlar quraşdırılıb, amma işləmir.
Mövcud problem sürücüləri də narahat edir. Kartında balans olmayan sərnişinlərlə tez-tez mübahisələri də düşür. Hətta elə olur ki, bu səbəbdən xəttə gecikmələr olur.
Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, marşrut xətti nagdsız ödəniş sisteminə keçməzdən əvvəl bunun üçün uyğun şəraitin yaradılması, o cümlədən terminalların qoyulması ilə bağlı müəyyən təhlillər aparılıb. Nəticələrə uyğun olaraq aparatlar quraşdırılıb. Lakin sərnişinlərdən şikayət varsa, məsələyə təkrar baxılacaq və narahatlıq yaradan hal aradan qaldırılacaq.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub