Sabah, martın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq.
Mynews.az xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1139 dəfə oxunub
2
Prezident tarixi sənədi imzaladı – VIDEO
1109 dəfə oxunub
3
"Fənərbağça"dan "Qarabağ"ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
1053 dəfə oxunub
4
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1027 dəfə oxunub
5
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1008 dəfə oxunub