Mynews.az müqəddəs Ramazan ayının 12-ci gününün təqvimi və duasını təqdim edir.
12 ramazan 1439 – 28 may 2018
İmsak: 03:28
İftar: 20:17
12-ci günün duası:
“Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!”
Tərcüməsi:
“Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!”
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.
Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub