Sosial şəbəkələrin Azərbaycan seqmentində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhərində yerləşən idarəsində çəkilən video sürətlə yayılır.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, videoda dəhlizdə toplaşan insanlar Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan şikayət edirlər.
Qeyd edək ki, bundan əvvəl KİV-də yayılan məlumatlara əsasən, nazir 2,5 milyard dollar vəsaitin mənimsəməsində ittiham olunurdu.
Məhz onun vaxtında əlillik statusu pulla verilirdi, əsl əlillər və müharibə veteranları isə öz müavinətlərini rüşvət vermədən ala bilmirdilər.
Onun cinayət tərkibli əməllərinin nəticəsi olaraq, Azərbaycanda pulla əlillik statusu, pensiya alan sağlam insanlar var.
Videoda yer alan insanlardan biri, Səlim Müslümovu lənətləyir – “Sənin uşaqların və nəvələrin mənim övladlarımın düşdüyü vəziyyətə düşsünlər”.
O, üzərinə benzin töküb yandırmaqla hədələyib.
Videoda həmçinin ayaqsız əlil və döyüş zonasında xidmət edən və əlindən yaralanan gənci görmək olar. Onların üzləri ümidsizlik ifadə edir.
Qeyd edək ki, Azərbaycan prezidentinin 21 aprel tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.
Bu təyinat tezliklə nazirlikdə islahatların aparılmasına və struktur dəyişikliklərinə səbəb olacağı kimi qiymətləndirilir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub