Əməkdar artist Elza Seyidcahanın açıqlamaları sonra şou-biznesdə yeni qalmaqala yol açıb.
Mynews.az Minval.info-ya istinadən xəbər verir ki, sənətçi gənc müğənni Damla haqqında sərt sözlər deyib və onun fotosunu bir neçə yerə cırıb. Hətta onun dedikləri arasında təhqir kimi kəlmələr yer alıb.
“Mən ona nə qiymət verə bilərəm? Onun mahnısına qulaq asmaram. Nə musiqidən gedir söhbət? Pis söyüşlərlə dillərə düşürlər. 3 ay efirə çıxmasın, gör o zaman damcı var?! Heç damcı da yoxdur, nəinki damla. Mənim nə nəslim, nə də Allah rəhmət eləsin pişiyim, nə də itim ona qulaq asa bilməz. İnsanda necə sifət olar ki, gələsən efirdə gəlib bəzətdirib tək oturasan. Bir insan ki, adından utanırsa, o, atasına niyə ağlasın ki…?” – Əməkdar artis bildirib.
Müğənni Damla E.Seyidcahanın dediklərinə açıqlama verərkən ehtiyatlı davranıb və səbrli şəkildə cavab verib:
“Elza xanım bizim dəyərli bəstəkarımız Arif Məlikovun tələbəsidir. Ali savadlı, təhsillidir və çox güclü musiqi duyumuna sahibdir. Onun çox gözəl bəstələri var, sevərək dinləyirəm. Hətta onun bəzi musiqilərini əsər adlandırardım. Amma təbii ki, onun dedikləri etik normalardan kənar olub və bu, onun kimi insana yaraşmır. Mənim sevgim, sayğım bundan sonra da Elza xanıma qarşı dəyişilməyəcək. Mənim aldığım tərbiyə icazə verməz ki, özümdən böyüklərə cavab qaytarım”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub