Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasını bacaran mütəxəssislərin işə qəbulunu elan edib.
DİM-dən Mynews.az-a verilən məlumata görə, işəgötürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Mütəxəssislərin funksiyaları test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsindən ibarətdir.
Mütəxəssislər Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika, xarici dil (ingilis, rus, alman, fransız) ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalı, Azərbaycan dilini mükəmməl bilməli, yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdırlar. Onlar, həmçinin "Microsoft Office" proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidirlər.
Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir.
Maraqlanan şəxslər CV-lərini iyunun 30-dək [email protected] elektron poçt ünvanına göndərmələdirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub