Yazıçı, şair Əsəd Qaraqaplan bu dəfə yenə cəlilabadlıları təhqir edib.
Mynews.az İnterpress.az-a istinadən xəbər verir ki, şeirlərindən daha çox təhqiramiz fikirləri ilə tanınan yazar Əsəd Qaraqaplan bu dəfə Cəlilabad sakinlərini sərt şəkildə təhqir edib.
Yazar Cəlilabad torpağının insan yetişdirə bilmədiyini vurğulayaraq, rayon əhalisini aşağılayıb.
"Bayaq rayondan şəhərə gələndə Cəlilabaddan keçirdik, cəlilabadlı şofer o yana-bu yana baxdı, əkinləri-filan süzdü və dedi:
- Cəlilabadın çox gözəl torpağı var də. Bax, hər şey yetişdirir də, amma bircə insan yetşidirə bilmir də...
Hamımız gülüşdük xeyli...", - deyə Ə.Qaraqaplan bildirib.
Qeyd edək ki, Ə.Qaraqaplan bundan əvvəl də Cəlilabad sakinlərini təhqir etmişdi. O, bir müddət əvvəl Azərbaycanın Milli Qərhrəmanı Mübariz İbrahimovu da təhqir etmişdi. Yazıçı Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini vurğulamışdı.


1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub