Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) BiG.AZ-a verilən məlumata görə, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün 15-16 may 2018-ci il tarixlərində təşkil edilən eksternat imtahanında 381 nəfər iştirak edib. Onlardan 334 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
Eksternlər hərəsində 10 sual olmaqla 14 fənn (Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, insan və cəmiyyət, iqtisadiyyatın əsasları, fizika, astronomiya, kimya, biologiya, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (rus dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.
Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub