Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub