Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal isti hava şəraitinin daha çox müşahidə ediləcəyi gözlənilir.
Mynews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva Trend-ə bildirib.
O, deyib ki, iyunun ilk günlərində nisbətən sərin hava şəraiti gözlənilsə də, ümumilikdə iyunda temperatur iqlim normasına yaxın və bir qədər yüksək olacaq. Amma əsas istilər iyul və avqust aylarında olacaq:
"İlkin proqnozlara və son illərin tendensiyasına əsaslanaraq deyə bilərik ki, Azərbaycanda, xüsusilə paytaxtda əsas isti aylar iyul və avqustdur. Düşünürük ki, bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal istilər daha çox müşahidə ediləcək".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub