Xəbər verdiyimiz kimi, Azərbaycanda əkiz körpələr həkim tərəfindən oğurlanıb. Bununla bağlı Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə qaynatası ilə çıxan Xurşud məlumat verib. O bildirib ki, hazırda uşaqların 4 yaşı var. Uşaqların babası bildirib ki, uşaqlar yarımçıq doğulduğuna görə Leyla Şahmalı qızı uşaqları Gəncədən Bakıya gətirib.
Dünənki verilişdə efirə bağlanan Xurşud isə deyib ki, Leyla həkimlə birlikdə Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında həkim yoxlanışından keçdim: " O bildirdi ki, uşaq ölə bilər. Mənim uşaqların Leyla həkimin evində dünyaya gəlib. Yanında 3 tibb bacısı da var idi. Tibb bacılarının adları Aytən, İradə idi. Digər tibb bacısı yaşlı idi. Amma adını bilmirəm. Leyla iddia edir ki, qaynananla, qaynatan məndən pul istəyir. Sabah pulu aparıb Xəzər televiziyasında təqdim edəcəm. Mən Leylaya 250 manat doğum üçün pul ödəmişəm. Uşaqlarım yarımçıq doğulduğu üçün Leyla mənə dedi ki, xaricə aparmaq üçün 50 min manat pul lazım olacaq. Ağciyərlərində problem var idi. Dedi ki, hazır donor da var. Mənim ona verməyə 50 min manatım yox idi. Evdə də məsləhətləşdik. Razılaşmamızda o yöndə oldu ki, o uşaqları müalicə etdirəcək. Xərclənən pul da uşaqların sosial kartından ödənilər. Sosial kartda düzəldi. Bu gün də deyir sizin mənə 50 min manat borcunuz var. Heç bir sənət üzərində razılaşma olmayıb. Mən o pulu ödəməyə də razıyam. Təki uşaqlarımı qaytarsın. 2 ay bundan qabaq mənə dedi ki, neyləyirsən o xəstə uşaqları. Get birini də dünyaya gətir. Mən uşaqlarımı geri istəyirəm. Leyla məndən başqa digər xəstələri evdə doğuzdurub. Bir neçə dəfə məndə onunla getmişəm ".
BiG.AZ xəbər verir ki, bugünki efirə çıxan ata bildirib ki, hər zaman uşaqlardan xəbərdar olub: "Onlara maddi yardım da etmişəm. Atam xəstə olduğuna görə ona çox şeyi deyə bilmirəm. Uşaqlar yarımçıq doğulduğu üçün Leyla bizə təklif etdi ki, uşaqları mən sağaldacam. Sizdə yavaş-yavaş ödəyərsiniz. Mən uşaqlarımı Leylaya verməmişəm. Leylanı yüksək vəzifəli məmurlar himayə edir".
Verilişin WhatsApp nömrəsinə göndərilən məlumatda deyilir ki, uşaqlar 4 ilə əvvəl Leyla həkimə 100 min manata satılıb: "Həmin pulla özlərinə ev alıblar. Gəlinin eltisini efirə çıxarın. O hər şeyi bilir. Mənim verdiyim məlumat dəqiqdir".
Göndərilən məlumatı inkar edən ata bildirib ki, bu Leylanın növbəti oyunudur: " Mən nə ev almışam, nə də 100 min manat pul. Hazırda kirayədə yaşayıram".