Havalar istilənəndən sonra ilan sancma halları çoxalıb.
Mynews.az bildirir ki, isti iqlimi ilə seçilən Goranboyda bir neçə gün öncə bir nəfər sürünən heyvanın hücumuna məruz qalıb. Rayon xəstəxanasına çatdırlan zərərçəkənə zəhər əleyhinə zərdab vurulub, səhhəti normallaşdıqdan sonra isə evə buraxılıb. Yay fəslində ilan vurma halları artdığından xəstəxanalara Səhiyyə nazirliyi tərəfindən Özbəkistanda istehsal edilən polivalent adlanan zərdablar verilib.
Goranboyda daha çox ilanıngürzə növünə rast gəlinir ki, onlar da yay aylarında təsərüffat sahələrində çalışan insanlara təhlükə yaradır.
Cəlilabad rayonu da ən çox ilan sancmların olduğu rayondur. Havaların isinməsi ilə rayonlarda ilan və əqrəb sancması halı artıb. Belə hadisə baş verdikdə xəstələrə zərdabların vurulması vacibdir. Bir neçə il əvvələ kimi zərdabların satışı istənilən aptekdə həyata keçirilirdi. Hazırda bu dərman preparatları Səhiyyə nazirliyinin xətti ilə yalnız Rayon mərkəzi xəstəxanalarındakı qapalı apteklərə verilir.
Zərdablar soyducularda xüsusi şəraitdə saxlanmalıdır. Yaz və yay mövsümündə müraciətlərin sayı çoxaldığı üçün xəstəxanalara verilən zərdabların sayı da çoxaldılıb. Ehtiyatdərmanlar azaldıqda müraciət əsasında xəstəxanya yenidən zərdablar verilə bilər.
Qeyd edək ki,ilanvə əqrəb sancaması ilə yanaşı botlizim, eləcə də quduzluq əleyhinə olan zərdablar dövlət tərəfindən xəstələrə puluzvurulur. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub