Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, Oğuz və İsmayıllı rayonlarında keçirilən reyd zamanı ağac kömürü hazırlanması məqsədilə həyətyanı torpaq sahələrində quyuların qazıldığı və qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edildiyi aşkar olunub.
Araşdırma zamanı quyuların Oğuz rayon sakinləri Ramin İsmayılov, Etibar Əzizov, İlqar Məhərrəmov, Yolçu Əzizov, Vaqif Rüstəmov, Eldar Rüstəmov, Əbdüləli Rüstəmov, Fərhad Səmədov, Rövşən Qazıyev, Rauf Hacıbabayev, Natiq Qasımov, Mehman Xeyirov, Şahin Xeyirov, Vüsal Əzizov və İsmayıllı rayon sakini Kamil Mürsəliyev tərəfindən yaradıldığı və meşə fonduna 1326.51 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı akt və protokollar tərtib olunub, qanun pozucuları ümumilikdə 4500 manat məbləğində cərimə edilib.
Kömür quyularının ləğv edilməsi üçün torpaq mülkiyyətçilərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub