1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.
Mynews.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər.
Aksiyada üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək.
Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub