Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Molla Bakının bu kəndində Quran oxumaq üçün "tas" qoydu - 200 manatı olmayanın ölüsü duasız qalır

Bakının Digah kəndində mollanın rüşvətxorluğundan bezən sakinlər şikayət edirlər. 

Mynews.az-ın məlumatına görə, bu haqqda sakinlər özü Faktor.az-a müraciət edib. Belə ki, kənddə birinin evində rəhmətə gedən oldusa, Molla Əliverdinin cibi bayram edir. Adıçəkilən mollanın mərasimə təşrif buyurması bir az baha başa gəlir. Belə ki, onun "müqəddəs dilindən" Quran ayələrini eşitmək istəyirsinizsə, 200 manat verməlisiniz. Bunun ailənin büccəsinə aidiyyatı yoxdur. 

Məsələn kənd sakini olan bir əhvalatı nəql etdi. Deyir ki, ailənin imkanı yoxdur deyə 50 manat verdi. Amma o, pulu geri qaytarıb, az olduğunu deyib və "üstünü düzətməsini" istəyib. 

150 manat vermiş olsan da sənə 50 manat borclu qaldığını deyir. Elə bu hadisənin birinə özüm şahid oldum. 40 mərasiminə gələn "Mötəbər molla" gedərkən gəlmədiyi bir günün əvəzinə 20 manatı almadı ancaq 180 manat alacağını və 130 manatı alaraq 50 manatı sabah çatdırılması gərəkdiyini söylədi. 

Həmin kənddə isə Kəndin İcra Nümayəndiliyi tərəfindən yas mərasimlərində yeməyin verilməsi qadağan edilib ki, kənd sakinlərinin hamsı eyni maddi durumda deyil. Yaxınını, doğmasını itirən biri bir də yüksək səviyyədə mərasim keçirməyin dərdini çəkməsin.

Ancaq bu mollanın "qiymətini" kim belə yüksək verib və mərasimdə mollanın aldığı "zəhmət haqqı"nı kim müəyyən edib və bunun qarşısını kim alacaq? İndi kənd sakinlərini narahat edən ən böyük sual budur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...