Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, Etibar Abdullayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aparat rəhbəri vəzifəsinə təyin edilib.
İndiyədək bu vəzifədə Məhərrəmov Məhəmməd Yusif oğlu çalışıb.
E.Abdullayev 1969-cu ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa şəhərində 2 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetinin İqtisadi və sosial idarəetmə fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1991-ci ildən başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daimi Yaşayış Yerlərini Məcburi Tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsində, daha sonra Nazirlər Kabinetində müxtəlif məsul vəzifələrdə çalışıb.
1998-ci ildən Azərbaycan Respublikası Milli Məclis Aparatında müxtəlif vəzifələrdə dövlət qulluğunda olub. Dövlət qulluğunun baş müşaviridir. 2006-cı ildən 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib.
.jpg)
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub