Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.
Mynews.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.
O, uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirərkən vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır.
Eyni zamanda, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrıseçkiliyə məruz qalmasıdır.
Komitə təmsilçisi əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır:
“Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət, demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub