Dünyanın ən ekoloji yanacağı sayılan "CNG" yəni sıxılmış metan qazına ölkəmizdə də maraqartır. Tələbat çox olsada belə qazın satıldığı yanacaq doldurma məntəqəsi cəmi 1 yerdədir. Yaxın aylardadaha 2 belə məntəqənin istifadəyə verilməsi gözlənilir. Bu yanacaqdan istifadə edən sürücülər pullarına təxminən 50-60 % qənaət edirlər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, həm qiyməti ucuzdur, həmdə ekoloji yanacaqhesab edilir.
5 manatlıq CNG qazı ilə kiçik mühərrikli avtomobillə hətta 230 kilometr yol qət etmək mümkündür. Ölkəmizdə geniş yayılmasada CNG, yəni sıxılmış metan qazı ən sərfəli yanacaq növlərindədir. Bir kubu 35 qəpik olan buyanacaqdan istifadə edən sürücülər pullarına 50-60 % qənaət edirlər.
CNG avadanlıqının həm benzin , həm də dizellə işləyən avtomobillərə quraşdırılması mümkündür. Avadanlıq quraşdırılan zaman avtomobil həm CNG , həm də öz yanacaqı ilə işəyə bilir.
Metan qazından istifadə edən sürüclər bu yanacaq doldurma məntəqəsinin ölkə üzrə cəmi 1 yerdə olmasından narazıdır.Təlabatın artdığını nəzərə alan Dövlət Neft Şirkəti Bakı şəhərində yaxın aylarda daha 2 yanacaq doldurma məntəqəsini istifadəyə verəcək.
CNG qazda yüksək təzyiq olduqu üçün onun balonuda xüsusi qaydada hazırlanır və hətta gülləyə qarşıda davamlı olur.Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da CNG qazı ilə işləyir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub