Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində 3 nəfər ən yüksək - 60 bal toplayıb. Onlardan iki nəfəri rayon məktəblərində, biri isə paytaxtda fəaliyyət göstərən məktəblərdən birində çalışır. Həmin müəllimlər imtahanla bağlıtəəsüratlarını bizimlə bölüşüblər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanında onlar ən yüksək nəticə göstərərək 60 bal topladılar.
Söhbət Bakı şəhəri 187 nömrəli tam orta məktəbin riyaziyyat müəllməsi Vəfa Babayeva, Qəbələ rayonu Vəndam qəsəbəs 1 nömrəli məktəbin ingilis dili müəlliməsi Mədinə Qasımova və Kəlbəcər rayonu 97 saylı məktəbdə ingilis dili müəlliməsi Leyla Paşayevadan gedir.Onlardan Vəfa Babayeva ötən gün keçirilən imtahanda, digərləri isə bu gün keçirilən imtahanda yüksək bal toplayıblar.
Qəbələ rayonu Vəndam qəsəbəs 1 nömrəli məktəbin ingilis dili müəlliməsi Mədinə Qasımova deyir ki, ötən il keçirilən diaqnostik qiymətləndirmə imtahanında iştirak edərək 55 bal toplayıb, bu isə onu qane etməyib.Ona görə də, 60 bal toplamaq üçün yenidən imtahanda iştirak edərək məqsədinə çatıb.
Həmsöhbətimin arzusu isə çalışdığı məktəbin direktoru olmaqdır. Deyir ki, bunun üçün də hazırda məktəbdə direktor olmaq üçün vakansiya var və bu məqsədlə imtahanda iştirak edəcək. Bakı şəhəri 187 nömrəli tam orta məktəbin riyaziyyat müəlliməsi Vəfa Babayevada ötən il keçirilən imtahanda 55 bal toplamasına baxmayaraq bu il yenidən imtahan verərək ən yüksək bal toplaya bilib.
Kəlbəcər rayonu 97 saylı məktəbdə ingilis dili müəlliməsi Leyla Paşayeva isə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında ilk dəfə iştirak edərək 60 bal toplayıb.
Qeyd edək ki, İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçirilir.Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılır.Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllim iştirak edir.