FHN-nin polkovniki kitab yazdı - Heç bakirə qızla dul arvad eyni ola bilərmi?
![](https://img.mynews.az/news/2018/06/photo_48984.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub.
Mynews.az Criminal.az-a istinadən xəbər verir ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.
Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Bildirilir ki, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.
Kitabın səhifələrindən birində müəllif yazıb:
“Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbirə aparar”.
Daha sonra müəllif yazır: “40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.
Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir:
“Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: “İstəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.
Müəllif başqa bir səhifədə yazır:
“Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”.
Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində “əsaslandırıb”:
“Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 1079 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 1020 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 1014 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 1008 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 975 dəfə oxunub