Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, reyd zamanı Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisinə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi və yandırıldığı aşkar edilib.
Faktla bağlı Uzunboyad bələdiyyəsinin sədri Rafiq Muradov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində iki min manat məbləğində cərimə olunub.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi və qanunvericiliyə uyğun idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub