Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İdarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev APA-ya bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb: “Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. “Kamaz” arxadan “Mercedes”, “Setra” markalı sərnişin avtobusu isə “Kamaz”a çırpılıb.
Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub