ANS-in aparıcısı kömək istəyir FOTO

836
ANS-in aparıcısı kömək istəyir FOTO
Hərbi jurnalist Rahib Qərib yardım istəyir. Jurnalistin sosial şəbəkədə yazdığını təqdim edirik: 
 
"Çox hörmətli Ali Baş Komandan, cənab Prezident, 25 ildən çoxdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki "Ulduz" hərbi yataqxanasında yaşayıram...
 
Hərbi jurnalistəm və 1993-cü ildən cəbhədən və ordu quruculiğundan AzTV-də efirə gedən "And" verilişini, son 6 ildə isə ANS-də "Marş" hərbi-vətənpərvərlik verilişini hazırlamışam. 
İndi işsizəm. Xərçəng xəstəsi həyat yoldaşımla müdafiə nazirliyinin yataqxanasında çətin məişət şəraititndə yaşayıram...
 
Mətbuat rəhbərlərimiz fəaliyyətsiz olduğundan və dəfələrlə yazdığım müraciət məktublarını sizdən gizlətdiklərindən Sizə burdan müraciət etməli oldum... 
 
Köməyinizə ehtiyacım var...

Xəbər lenti