USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir Azanın səsi 500 metrdən kənara yayılmamalıdır..." – Əli Həsənov

21:38 02.06.2018
"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir Azanın səsi 500 metrdən kənara yayılmamalıdır..." – Əli Həsənov
21:38 02.06.2018

Qaynarinfo xəbər verir ki, bu sözləri Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.

Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur: "Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”. 

Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.

Ə.Həsənov əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir: "Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.


Xəbər lenti