"Maşın" realiti şousunun növbəti buraxılışı baş tutub.
Mynews.az axşam.az-a istinadən bildirir ki, proqram boyunca Aytənlə Mətanət arasındakı gərgin anlar davam edib.
Bu dəfə ən çox fotosu atılan aparıcı Aytən Səfərova olub. Hər kəs Səfərovanın səs topladığı təqdirdə Mətanəti uzaqlaşdıracağını düşünüb.
Sonda Aytən 80,38 faiz səs toplayıb. Aparıcı şoudan Mətanəti uzaqlaşdırnayacağını deyib:
"Mətanət, sən də, mən də anayam. Biz həmkarıq, birləşmək əvəzinə burada dava edirik. Sən də, mən də düz etmədik. Sənu oyundan uzaqlaşdırmıram. Gəl, bu mübarizəni dayandıraq. Bəlkə mənə səs göndərənlər məni qınayacaqlar. Kinli insan deyiləm. Çörək də kəsmişik, yol yoldaşı da olmuşuq. İlk gündən dedim ki, həmkarlarıma dəyməyəcəm. Göstərdim ki, səs toplaya bilərəm. Qərarım əvvəldən var idi".
A.Səfərova şoudan Məcid Hüseynovu uzaqlaşdırıb.
Şouda qalanlar aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyevadır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub