İyunun 5-nə respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində iyunun 5-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xaraxterli olacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, iyunun 05-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.