Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb. Dövlət Agentliyindən Mynews.az-a verilən məlumata görə, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilirlər.
Pilot layihə çərçivəsində ilkin olaraq Gəncə “ASAN xidmət” mərkəzində yaradılmış e-hüquq kabinetinin digər “ASAN xidmət” mərkəzlərində də təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»-nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub