“Space” TV-də yayımlanın “El bizim, sirr bizim” verilişindən gərgin anlar yaşanıb.
Minval.info xəbər verir ki, proqramda abituriyentlərin az bal toplamasından dolayı intihar etməsi barədə müzakirələr olub. Qonaqlar ailə dəyərlərindən də söhbət açıb.
Verilişə dəvət alan əməkdar jurnalist Zakir Abbasın səsləndirdiyi fikirlər narazılıq yaradıb. Belə ki, o, “100 il bundan bizim ailə institutu dünyaya nümunə idi”, “arvad ərini adı ilə çağıra bilməzdi” fikirlərini söyləyib və bunu alqışlayıb. Yəni dolayısıyla əməkdar jurnalist belə düşüncə ilə razılaşdığını qeyd edib.
Lakin verilişdə olan digər qonaqlar Z.Abbasın sözlərinə etirazlarını bildirib, hətta bir növ onun dediklərini rişxənd ediblər.
Bununla bağlı qonaqlar arasında mübahisə yaşanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub