Bakıda telefon dükanlarının yeni fırıldağı ortaya çıxdı - VİDEO

1129
Bakıda telefon dükanlarının yeni fırıldağı ortaya çıxdı - VİDEO

"Servis əməkdaşı elə orda telefonun arxasına cızıq salaraq "sən bu telefonu cızmısan, qaytara bilmərik" deyir və alıcını özündən asılı vəziyyətə salır"

Mynews.az minval.info-ya istinadən xəbər verir ki, "Space" TV-nin efirində yayımlanan "Olar? Olmaz!" verilişində ötən gün də maraqlı araşdırmalar tamaşaçılara təqdim edilib.

Belə ki, verilişə müraciət edən sakinlər qızıl zəmanət talonları barəsində verilişin aparıcısı Amil Xəlilə məlumat verib. Teleaparıcı da öz növbəsində həmin talonların araşdırmasına başlayıb.

Məlum olub ki, son zamanlar ölkədə kifayət qədər saxta zəmanət talonları mövcuddur. Daha dəqiq desək, qızıl zəmanət talonu verilir, amma o talona əməl edən olmur. Əhalinin aldadan biznes şirkətləri əlavə pul üçün bu addımı atırlar. İşə nəzarət edən Azad Istehlakçılar Birliyinin sədri də verilişdə qonaq olub. O, iddiaları qəbul edib və bu boşluğun hər gün artığını vurğulayıb. İnsanları diqqətli olmağa çağıran qurumun rəhbəri Eyyub Hüseynov bu problemlə mübarizə apardıqlarını qeyd edib...

Amil Xəlil daha bir maraqlı iddia ilə sürüb: "Qızıl zəmanət talonu pul müqabilində hər kəsə təqdim edilir. 1 gün sonra telefonda ciddi problem yaranır. Alıcı servisə yaxınlaşır və telefondan imtina etməyə qərar verdiyini qeyd edir. Alıcının fikrini bilən servis əməkdaşı elə orda telefonun arxasına cızıq salaraq "sən bu telefonu cızmısan, qayatara bilmərik" deyir və alıcını özündən asılı vəziyyətə salır. Bu hallar mövcuddur və hər kəs bilməlidir ki, alınan mal 14 gün ərzində geri qaytarıla bilər. Qanun belə deyir!"

Xəbər lenti