Rəşid Mahmudov “Ziyalı yal üçün hürürsə, it kimi bir şeydir” - VİDEO

1206
Rəşid Mahmudov “Ziyalı yal üçün hürürsə, it kimi bir şeydir” - VİDEO

Tibb elmləri namizədi, dosent Rəşid Mahmudov “Bizimyol.info” saytına verdiyi müsahibədə maraqlı məqamlara toxunub. Görkəmli ziyalı son günlər xəbər saytlarında onun haqqında gedən bir xəbərə aydınlıq gətirərək yalan informasiya yayıldığını söyləyib.

“Zaurun və ATV rəhbərliyinin haqqında mən elə söz deməmişəm, mənim leksikonumda elə söz yoxdur, bu uydurma xəbər idi. Mən tamam başqa söz demişdim , onu dəyişib belə şəklə saldılar. Amma ümumiyyətlə televiziya kanalları ilə verilən bəzi proqramları qınamışam. Ziyalı olaraq çatışmayanları göstərmək mənim borcumdur. Ziyalı yal üçün hürürsə, it kimi bir şeydir mən onu insan hesab etmirəm. Ziyalı dedyin cəmiyyətin yaralı cəhətlərini göstərməyə borcludur. İnsan nədən qorxmalıdr? İnsan gərək əvvəlcə özünü öldürüb, sonra yaşaya. Nədən qorxuruq? Əvvəl- axır ölüm deyilmi? Mənim bu günkü Rəşid olmağımda müəllimimin böyük rolu olub. Orta məktəbdə yaxşı oxuyurdum. Bir gün direktor dedi ki, sənə qızıl medal verəcəyik. Bilirdim ki, qızıl medalı rüşvətsiz verməyəvəklər. Ona görə dedim istəmirəm. Kasıb ailə idik, elə imkanlarımız yox idi.Direktor məndən incidi.

Kamal attestatı alan gün 40 biletlik sualların hamısını bilirdim. Direktor da gəldi girdi sinifə. O mənim tarix müəllimimlə çox yaxın dost idi. Suallara cavab verdim, dedi ki, bir sual da mən verəcəm. Tarix müəllimim Əhməd Vəliyev məndən çox razıydı.Lakin direktor sual verdi ki, Lenini müalicə edən həkimin adı nə olub? Mən bu sualın cavabını verə bilmədim. Direktor tarix müəllimimə dedi ki, buna 3 yazın. Bunun müqabilində mən üsyan elədim. Əhməd müəllim də narazıllığını bildirdi, dedi bu sulaı mən heç özüm də bilmirəm. Bu iki müəllim mənim üstümdə məktəbin həyətində əlbəyaxa dava elədilər. İki ən yaxın dost düz bir saat 10 dəqiqə çöldə dalaşdılar. Mənim qiymətimi həmin gün beş yazdılar. Lakin bu hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Rəşid kimi idi ki?! Əhməd müəllim mənim deyil, ədalətin üstündə dostu ilə düşmən oldu. O gündən özümə and içdim ədalətli olacam, ancaq düzünü danışacam. Bundan ötrü çox da başım ağrıyıb. İnsan qəribə məxluqdur. Kiçik qardaşım həmişə deyirdi ki, səni ata anama döydürəcəm. Ata-anam onun yalanına inanırdı, mənim doğru danışdığıma yox. İndi hamı yalana inanır.Yalandan sevir, yalandan evlənir. Bu gün cəmiyyətin korlanmasında ən böyük günahkar zilayılardır.Bəlkə də mən güllələnməliyəm. Biz sussaq kim danışacaq?. Vətəni sevmək lazımdır. Vətənini sevməyən arvadını da sevməz, anasını da. Daha sonra Rəşid Mahmudov izləyicilərin müxtəlif səpkili suallarını cavablandırıb.

Videomüsahibəni təqdim edirik.

Xəbər lenti