Mərdəkan və Şüvəlan qəsəbələrinə sərnişin daşıyan 136 saylı avtobusun sürücü içərisi sərnişinlə dolu olmasına baxmayaraq, avtobusu 120 kilometr saat sürətlə hərəkət etdirib.
Mynews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, sürücünün bu hərəkəti sərnişinləri qorxuya salıb.
Bəzi sərnişinlər buna haqlı narazılıqlarını bildiriblər. Ancaq sürücü iradlara məhəl qoymayıb və əməlini davam etdirib. Üstəlik, daha da sürətli sürəcəyini deyib.
Məsələ ilə bağlı sözügedən avtobusların xətt nəzarətçisi Namiq Quliyev isə bildirib ki, həmin sürücü şirkət tərəfindən cəzalandırılacaq.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsini bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılacaq. Sözügedən ünvanda kameralara baxış keçiriləcək.
Sürücünün yol hərəkəti qaydasını pozması təsdiqini tapsa, həmin sürücü haqqında cəza tətbiq ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub