Aktrisa Özge Borak Instagram hesabının mesaj bölümündə ona əxlaqsız təklif edən şəxsi ifşa edib.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, özünü azərbaycanlı iş adamı olaraq təqdim edən istifadəçi, Özge Borakın Instagram hesabına "Moskvada yaşayıram. Səninlə 1 gecə 1 milyon dollar... Hesabını söylə, pulunu dərhal köçürüm" sözlərindən ibarət mesaj göndərib.

Ona göndərilən əxlaqsız təklif mesajının ekran görüntüsünü paylaşan aktrisa təklifi edən şəxsə bu cavabı verib:
"Çox da təqibçi mesajı paylaşmaram, əslində. Ya çox gülməli, ya da qəribədirsə, paylaşaram. Qadın, kişi fərqi yoxdur, hər kəsə olmasa da bəzilərinə cavab verməyə çalışıram, bilən bilir. Bundan başqa sevgi mesajları da çox olur, sağolun. Amma bu həddini aşmağa nə ad verim, bilmədim. Pis, hədsiz. Ən yaxşısı bunu deyək: Biz onun serialını çəkdik canım..."
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub