Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində nişanlısını öldürən 19 yaşlı Sabir Qulamov hadisəni necə törətdiyi barədə danışıb.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, nişanlısını güllələyən gənc polisə ifadəsi zamanı bildirib ki, mərhum Aytən Cəfərova ilə aralarında söz-söhbət olub:
“Əsəbləşdim. Onu güllələmək istədikdə anası tüfəngin qarşısına keçdi. Qaçdı və mən də arxadan onu vurdum”.
Aytən Cəfərovanın yaxınları bildirib ki, Sabir Qulamovun həbsxanadan sağ çıxmasını istəmirlər.
Mərhumun anası Esmira Cəfərova bildirib ki, bu cinayətdə Sabirə dəstək olan şəxs olub:
“Bir onu eşitdim ki, dedi ki, Sahib, maşını işə sal gedək. Aytənə dedim qaç. Ay Allah, uşağım aradan çıxa bilmədi”.
Xatırladaq ki, hadisə mayın 31-də gecə saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi Sadıxcan küçəsi, 13 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızı qeyd edilən ünvanda odlu silahla güllələnib.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, A. Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb.
Sol çiyninin, çənəsinin çoxsaylı yaraları diaqnozu təyin edilən 1963-cü il təvəllüdlü Esmira Cəfərova isə əməliyyat edilib, vəziyyəti ağır qiymətləndirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub