Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin yaxın qohumlarını tutduğu vəzifələrdən azad edib.
Mynews.az Sfera.az-a istinadən xəbər verir ki, yeni nazirin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Nazim Hüseynov, onun müavini Əkrəm Hüseynov və Şirvan şəhər Məşğulluq Mərkəzinin direktoru Fərzalı Hüseynov fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb.

Nazim Hüseynov və Əkrəm Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Cəbiyevin bacısı oğlanları, Fərzalı Hüseynov isə bibisi nəvəsidir. Onlar sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kadrı kimi tanınırlar.
Qeyd edək ki, Fərzalı Hüseynovun 22 yaşı var. Bakı Dövlət Universitetini bu il universiteti bu il bitirib. Dərhal sonra Şirvan şəhər Məşğulluq Mərkəzinin direktoru təyin edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub