Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün növbəti qəbul keçirib.
Mynews.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Qəbulda Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak edib. Məcburi köçkünlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib. Qəbula gələnlər Komitə sədrinə əsasən mənzil, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət edib.
Bütün müraciətlər Komitə tərəfindən qeydə alınıb. Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub